Maykl Cekson zorakılıqda ittiham edildi

Maykl Cekson zorakılıqda ittiham edildi
15 oktyabr 2025
# 14:09

Kaskio ailəsi beş övladının mərhum müğənni Maykl Cekson tərəfindən 25 ildən çox cinsi istismar və psixoloji manipulyasiyaya məruz qaldığını iddia edib.

Kulis.az xəbər verir ki, ailə müvafiq şikayət ərizəsini artıq məhkəməyə verib.

Ərizədə bildirilib ki, sənətçi əvvəllər "Disneyland"da və "Neverland" malikanəsində birlikdə vaxt keçirən Kaskionun yaxın dostu sayılıb. İddia edilir ki, sui-istifadə halları on illərlə davam edib və yetkinlik yaşına qədər yaşadıqlarını gizlədiblər.

Məxfi razılaşmanın müddəti başa çatdıqdan sonra Kaskio ailəsi hüquqların pozulduğunu və Ceksonun varisləri tərəfindən təzyiqlərə məruz qaldığını iddia edərək 160 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, bu son qalmaqal 2009-cu ildə dünyasını dəyişən və artıq “Leaving Neverland” sənədli filmindəkilər də daxil olmaqla, cinsi istismar iddialarına məruz qalan müğənninin reputasiyasına ən ciddi zərbə hesab olunur.

# 168 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər