“Marvel”in sabiq baş redaktoru vəfat etdi

“Marvel”in sabiq baş redaktoru vəfat etdi
2 iyul 2025
# 10:30

Komiks nəşriyyatları “Marvel”in sabiq baş redaktoru Ceyms (Cim) Şuter 74 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.


Kulis.az xəbər verir ki, Ceyms Şuter 14 yaşından etibarən peşəkar komiks yazarı olub. O,uzun illər DC Komiks üçün “Supermen” və “Superboy” seriyaları üzərində çalışıb.


Şuter 1960-cı illərin sonunda komikslərdən ayrılıb, 1970-ci illərin ortalarında DC-yə qayıdıb, daha sonra isə “Marvel”ə keçib.


Qeyd edək ki, o, sonralar “Valiant”, “Defiant” və “Brodvey” kimi bir neçə nəşriyyat təsis edib.

# 121 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #