"Marvel"in rəssamı vəfat etdi

"Marvel"in rəssamı vəfat etdi
14 iyun 2023
# 14:00

Volverin və Hörümçək adamın sevgilisi Meri Ceyn Uotson kimi personajların yaradıcılarından olan Marvel Comics rəssamı Con Romita Sr 93 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, onun ölümünü çərşənbə axşamı oğlu və komiks rəssamı dostu Con Romita Jr təsdiqləyib.

Qeyd edək ki, oğlu sosial media hesabında “O, sənət aləmində əfsanədir və onun yolunu davam etdirmək mənim üçün şərəfdir" sözlərini qeyd eləyib.

Xatırladaq ki, Nyu-Yorkun Bruklin şəhərində anadan olan Romita 1947-ci ildə Manhettendə Sənaye İncəsənət Məktəbini bitirib və komikslərdə işləməzdən əvvəl hərbi xidmətdə olub.

O, 1966-cı ildən etibarən Marvelin baş redaktoru Sten Li ilə "The Amazing Spider-Man" filmində işləyib və sonradan gördüyü işlərlə sürətlə məşhurlaşıb.

# 1062 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #