“Marvel” ən çox izlənən film seçildi

“Marvel” ən çox izlənən film seçildi
31 yanvar 2022
# 13:48

“Marveli”in “Hörümçək adam: Geriyə yol yoxdur” filmi nümayişinin 7-ci həftəsində ABŞ-ın satış kassasında ilk sırada yer almağı bacarıb.

Kulis.az xəbər verir ki, film yayımlandığı gündən ABŞ kinoteatrlarında ən çox izlənilən film olub.

Nümayişinin yeddinci həftəsində 11 milyon dollar gəlir qazanan filmin bilet satışının ümumi gəliri 736 milyon dollara çatıb.

Siyahıda ikinci sırada isə üçüncü həftəsində 7,4 milyon dollar gəlirlə “Qışqırıq" ( Scream) filmi yer alır./azertag.az/

# 1808 dəfə oxunub

Müəllifin son yazıları

# # #