Markesin yeni romanı çap olunacaq

Markesin yeni romanı çap olunacaq
20 oktyabr 2023
# 16:30

Kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin “Avqust ayına qədər” adlı romanı yazıçının ölümündən 10 il sonra çap olunacaq.

Kulis.az xarici KİV-ə istinadən xəbər verir ki, kitab 12 mart 2024-cü ildə işıq üzü görəcək. Bu, müəllifin son arzularından biri olub.

Roman Ana Maqdalena Bax adlı qadının hər il anasının ildönümündə bir adaya səfərindən bəhs edir.

Qeyd edək ki, Markes 2014-cü ildə 87 yaşında pnevmoniyadan vəfat edib. O, 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

# 882 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #