Manana anasının vəsiyyətini açıqladı

Manana anasının vəsiyyətini açıqladı
2 yanvar 2026
# 13:11

"Hamı zəng edirdi ki, haradasan, hara gələk? Amma telefonu kənara qoydum. 1 ay ərzində hər şeydən uzaqlaşdım. 1 ay sonra hamıya cavab verdim, təşəkkür etdim. Kədərli günü Allah hamıdan uzaq eləsin. Anam getmək zamanını bilirdi. O bilirdi ki, bacım, qardaşım, həyat yoldaşım var. Anam yoldaşımı oğlu kimi qəbul etdi".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Manana Çaparidze "Qonaqcanlı" verilişində deyib.

Anasının vəfatından danışan sənətçi ağır günlər yaşadığını bildirib.

Manana anasının vəsiyyətini açıqlayıb:

"Bir il efirə çıxmadım. Çünki bilirdim ki, ağlayacağam. İndi güclüyəm, anam göydən baxır. O işıq sönmür, mənimlədir. Anam son 7 günündə dedi ki, Manana sən həmişə oxu, parla. Həmişə rəngli geyin. Dedi, bil ki, sən oxuyursansa mən yaşayıram". /Axşam.az

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər