Mais Nuriyev İtaliyada Azərbaycanı təmsil etdi

Mais Nuriyev İtaliyada Azərbaycanı təmsil etdi
12 iyun 2024
# 12:16

Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası Diaspor TV ilə İctimai TV-nin ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyevə həsr edilib.

Kulis.az xəbər verir ki, xoreoqraf, Milanda “Aida” və “Orizon” Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyevə İtaliyanın məşhur teatrları ilə əməkdaşlıq edib.

O, həmçinin Türkiyə, Ukrayna, Rusiya, Qazaxıstan, Qırğızıstan və bir sıra başqa ölkələrdə keçirilən müsabiqələrdə münsiflər heyətinin üzvü seçilib.

Vəsilə Vahidqızının müəllifi olduğu verilişdə soydaşımızın həyat və yaradıcılığından, onun Azərbaycan-İtaliya mədəni əlaqələrinə verdiyi töhfələrdən danışılıb, İtaliyanın tanınmış sənət adamlarının müsahibələrinə yer verilib.

Mais Nuriyevə həsr olunan “Vətən uzaqda deyil” verilişini https://www.youtube.com/watch?v=rYKC5T0xPUE link vasitəsilə izləmək mümkündür.

# 513 dəfə oxunub

Müəllifin son yazıları

# # #