Madonnanın oğlu yeməyə çörək tapmır

Madonnanın oğlu yeməyə çörək tapmır
23 iyul 2024
# 11:29

Məşhur müğənni Madonnanın 18 yaşlı oğlu Devid Banda yemək almağa pulunun olmadığını açıqlayıb.

Kulis.az xəbər verir ki, Madonnanın oğlu Devid Banda çətin günlər yaşayır.

Pop kraliçasının 18 yaşlı oğlu müstəqil olmaq qərarına gəlib və həyatının yeni mərhələsinə başlamaq üçün anasının evini tərk edib.

Nyu Yorkun Bronks məhəlləsindəki bir mənzilə köçən David Banda, sevgilisi 21 yaşlı model Maria Atuesta ilə eyni evi paylaşdığını deyib.

"Gecə ac qalmaq və yemək alacaq pulunun olmadığını görüb zibili qarışdırmaq çox gözəldir. Gənc olmaq əyləncəlidir", - deyən Devid, əlavə pul qazanmaq üçün onlayn gitara dərsləri verir.

Tələbələr onun 50 mindən çox izləyicisi olan Instagram profili vasitəsilə dərslərə qoşula bilər.

Xatırladaq ki, Madonna Devid Bandanı 2006-cı ildə 13 aylıq olarkən Malavidəki uşaq evindən övladlığa götürüb. Doğuşdan qısa müddət sonra anasını itirən Devid malyariya və pnevmoniyadan əziyyət çəkirdi.

# 695 dəfə oxunub

Müəllifin son yazıları

# # #