#

Lolitanın konserti ləğv edildi

Lolitanın konserti ləğv edildi
14 fevral 2024
# 13:30

Rusiyalı müğənni Lolita Milavskayanın Yekaterinburqdakı konserti ləğv edilib.

Kulis.az xəbər verir ki, martda keçirilməsi planlaşdırılan konsertin biletlərinin satışı ötən gündən etibarən dayandırılıb.

Məsələ ilə bağlı açıqlamada konsertin məkandan asılı olmayan səbəblərə görə baş tutmayacağı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı Kristina Orbakaytenin 3, "Slot" metal qrupunun 3, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) 2, Feduk kimi tanınan müğənni Fyodor Andreeviçin isə 1 konserti ləğv olunub.

# 624 dəfə oxunub

Müəllifin son yazıları

# # #