Limak müştərilərinə şad xəbər

Limak müştərilərinə şad xəbər
18 may 2023
# 11:00

Poçtdaşıma və karqo sektorunda bir çox ilklərə imza atan Limak.az müştəriləri artıq Gənclik anbarından yararlana biləcəklər.

Kulis.az xəbər verir ki, müştərilər Amerika və Türkiyədən bəyəndiyi bütün məhsulları və digər bağlamaları ən qısa zamanda, özlərinə ən yaxın ünvanda yerləşən Limak anbarından təhvil ala biləcəklər.

Limak.az 7/24 ixtisaslaşmış müştəri və “sifariş et” xidmətləri, operativ xarici və yerli anbar resusrsları, eyni zamanda ən mükəmməl texniki dəstəklə xidmətinizdədir. Onu da qeyd edək ki, Limak.az ölkədə ilk ağıllı poçt terminalı olan Kargomat sisteminə qoşularaq müştərilərinə ən yaxın nöqtələrdə aktiv çatdırılmanı təmin edir.

Artıq müştərilər Türkiyə və Amerikadan olan sifarişlərini həftə içi, şənbə günü də daxil olmaqla, saat 9:00-20:00 aralığında “Limak.az” ın Gənclik filialına yaxınlaşaraq təhvil ala bilərlər.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 96

Qeyd edək ki, bölgələrdə və Bakı şəhəri ərazisində yerləşən, sayı artmaqda olan “Limak.az”ın filial və anbarlarının iş qrafiki və ünvanları haqqında daha ətraflı məlumatı limak.az saytının “Əlaqə” bölməsində tapa bilərsiniz.

Dörd ildən çoxdur ki, fəaliyyət göstərən, Türkiyə və Amerikadan sürətli çatdırılma edən Limak kargo şirkəti üçün müştəri məmnuniyyəti önəmli yer tutur.


# 761 dəfə oxunub

Müəllifin son yazıları

# # #