Leonardo da Vinçinin rəsmlərində “yumurta sarısı” izi

Leonardo da Vinçinin rəsmlərində “yumurta sarısı” izi
29 mart 2023
# 13:00

Leonardo da Vinçi, Sandro Botticelli və Rembrandt kimi klassik rəssamların rəsmlərini tədqiq edən alimlər çox maraqlı nəticələr əldə ediblər.

Kulis.az xəbər verir ki, “Nature Communications” elmi jurnalında dərc edilən yeni araşdırmaya görə, yağlı boya ilə çəkilmiş rəsmlərdə bəzi növ zülallara rast gəlinib.

İntibah dövründə nüfuzlu sənətkarları arasında “yumurta sarısı”ndan şüurlu şəkildə istifadə edildiyi üzə çıxıb.

Araşdırmada iştirak edən yazar Ophélie Ranquet, "Rəssamların boyaları necə əldə etdikləri barədə çox az məlumatımız var idi və bu mənada dərin elmi araşdırma yox idi. Yeni araşdırma etdikdə isə rəssamın boyalara az miqdarda yumurta sarısı əlavə edərək inanılmaz nəticələr əldə etdiyini öyrəndik", - deyə qeyd edib.

Məlum olub ki, yumurta sarısı həm bədii əsərə estetikliyinə təsir edir, həm də zaman keçdikcə əsərin qorunmasında böyük rol oynayır.

Yağlı boya rəng keçidlərində və rənglərin intensivliyində uğurlu olsa da, onunla çəkilmiş rəsmlər işığa məruz qaldıqda zədələnə bilir.

Yumurta sarısının tərkibindəki antioksidantlar isə tablonun köhnəlməsini və oksidləşməsini gecikdirir.

Leonardo da Vinci'nin tablolarında kullandığı gizli içerik ortaya çıktı - 3

Leonardo da Vinci'nin tablolarında kullandığı gizli içerik ortaya çıktı - 1

# 1219 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #