Laçında Şəhər Günü münasibətilə konsert keçirildi

Laçında Şəhər Günü münasibətilə konsert keçirildi
26 avqust 2026
# 19:00

Mədəniyyət Nazirliyinin və Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə konsert proqramı keçirilib.

APA-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, konsert Həkəri çayının sahilində, açıq havada baş tutub.

Konsert proqramında müxtəlif musiqi və rəqs nömrələri təqdim olunub. İştirakçılara rəngarəng musiqi kompozisiyaları və maraqlı rəqs nümunələri nümayiş etdirilib.

Qeyd edək ki, Laçın Şəhəri Günü münasibətilə bu gün şəhərdə silsilə tədbirlər keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, hər il avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd olunur.

# 60 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər