“Kurtlar vadisi”nin məşhur aktyoru xəstəxanaya yerləşdirildi

“Kurtlar vadisi”nin məşhur aktyoru xəstəxanaya yerləşdirildi
10 mart 2026
# 13:28

Türkiyənin məşhur serialı “Arka sokaklar”da 2006-cı ildən bəri Rıza baba obrazına həyat verən tanınmış aktyor Zafer Ergin xəstəxanaya yerləşdirilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı 83 yaşlı aktyorun həyat yoldaşı Binnaz Ergin açıqlama verib.

“Bədəni susuz qalıb, infeksiyası da var idi. İndi yaxşıdır. Nəzarət məqsədilə xəstəxanadayıq. Çərşənbə günü serialın çəkilişlərinə gedəcək”, - o bildirib.

Qeyd edək ki, aktyor “Kurtlar vadisi”, “Zalim”, “Sır dosyası” kimi məşhur layihələrdə yer alıb.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər