Kukla Teatrının baş rəssamı teatr forumunda iştirak edəcək

İqbal Əliyev

İqbal Əliyev

1 dekabr 2021
# 11:40

Dövlət Kukla Teatrının baş rəssamı beynəlxalq teatr tədbirində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyev beynəlxalq teatr forumunda iştirak edir.

Kulis.az xəbər verir ki, noyabrın 28-dən dekabrın 7-dək Özbəkistan Respublikasının Daşkənd şəhərində “MDB, Baltikyanı ölkələr və Gürcüstanın IV Gənclər Teatr Forumu” keçirilir.

Forumun maarifləndirici proqramında Azərbaycanı teatr truppası ilə yanaşı teatr rəssamları, dramaturqlar, tənqidçilərdən ibarət qrup da təmsil edir.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə tədbirə qatılan İqbal Əliyev bu müddət ərzində orada müxtəlif proqramlarda, sərgilərdə iştirak edir, rəssamı olduğu tamaşaların eskiz və kuklalarını nümayiş etdirir, spesifik sahə ilə bağlı təcrübə mübadiləsində, sərgidə təmsilçisi olduğu teatrın fəaliyyəti barədə ətraflı bilgilər verir.

O, eyni zamanda, forum çərçivəsində mühazirələrə, ustad dərslərinə də qatılır və komanda halında təşkil edilən maarifləndirici proqramlarda öz təcrübəsini dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə bölüşür.

Onu da qeyd edək ki, teatrın istedadlı baş rəssamı forum iştirakçıları olan rəssamlarla birgə təklif olunan tamaşalara esgizlər də hazırlayacaq.

# 1214 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #