Kukla teatrı beynəlxalq festivalda

Kukla teatrı beynəlxalq festivalda
13 may 2025
# 12:50

Azərbaycan Dövlət Kukla Teatrı növbəti beynəlxalq teatr festivalına gedir.

Kulis. az xəbər verir ki, bu barədə Teatrın mətbuat xidməti məlumat verib.

20-26 may 2025-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Orteke” VII Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.

Azərbaycan festivalda “Melisa” tamaşası ilə iştirak edəcək.

Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.

Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt tükənməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır.

Qeyd edək ki, Melisa (gəlincik) və onun “yaşadıqlarını” fərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #