Küçələrdə çılpaq gəzən aktrisa ruhi xəstəxanaya yerləşdirildi

Küçələrdə çılpaq gəzən aktrisa ruhi xəstəxanaya yerləşdirildi
22 mart 2023
# 16:30

Amerikalı aktrisa Amanda Bayns ABŞ-ın Los -Anceles küçələrində çılpaq göründükdən sonra psixiatriya xəstəxanasına göndərilib.

Kulis.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Şahidlərin dediyinə görə, Bayns 19 mart bazar günü səhər saatlarında Los-Ancelesin mərkəzi yaxınlığında çılpaq gəzərkən görülüb. Qeyd olunur ki, aktrisa yoldan keçən avtomobili saxlayıb və sürücüyə dəli olduğunu deyib.

Daha sonra sənətçi polis bölməsinə aparılıb və orada həkimlər tərəfindən müayinə olunub. Bayns psixiatriya klinikasına yerləşdirilib. Burada 72 saat qalacaq. Aktrisanın vəziyyətindən asılı olaraq onun həkimlərin nəzarəti altında qalma müddəti uzadıla bilər.

Amanda Bayns 2000-ci illərdə “O, kişidir” və “Qız nə istəyir” komediyalarında rol alaraq populyarlıq qazanıb. Hələ o zaman aktrisa qeyri-qanuni maddələr və spirtli içkilərdən istifadə etməyə başlayıb, bunun nəticəsində bir neçə il reabilitasiya mərkəzlərində müalicə alıb.

Oxu.az - Звезду фильма "Она - мужчина" отправили в психиатрическую больницу  - ФОТО

# 978 dəfə oxunub

Müəllifin son yazıları

# # #