Kristofer Nolanın yeni filmi təqdim olunacaq

Kristofer Nolanın yeni filmi təqdim olunacaq
21 iyul 2022
# 18:20

Rejissor Kristofer Nolanın son filmi “Oppenheimer”in yayım tarixi açıqlanıb.

Kulis.az xəbər verir ki, film 2023-cü ilin iyulun 21-də nümayiş olunacaq.

Ekran əsəri ABŞ-da atom bombasının “atası” hesab edilən Robert Oppenheymerin həyatına və onun II Dünya müharibəsi illərində ilk nüvə silahının yaradılması məqsədilə həyata keçirilmiş Manhetten layihəsindəki roluna fokuslanır. Məşhur simaların rol aldığı filmdə Robert Oppenheymer obrazını irlandiyalı aktyor Killian Merfi canlandıracaq.

# 1279 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #