“Kramer Kramerə qarşı” filminin rejissoru vəfat etdi

“Kramer Kramerə qarşı” filminin rejissoru vəfat etdi
14 may 2025
# 13:08

Oscar laureatı Robert Benton 91 yaşında vəfat etdi – “Kramer Kramerə qarşı” filminin rejissoru

Amerika kino tarixinin ən önəmli rejissorlarından biri, üçqat “Oscar” mükafatçısı Robert Benton dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, tanınmış rejissor 91 yaşında Manhettendəki evində vəfat edib.

35 illik yaradıcılığı dövründə cəmi 11 bədii film çəkən Benton “Kramer Kramerə qarşı” (Kramer vs. Kramer) filmi ilə məşhurlaşıb. 1980-ci ildə bu filmə görə həm “Ən yaxşı rejissor”, həm də “Ən yaxşı ssenari” nominasiyalarında “Oscar” qazanıb.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #