Kembric Universitetində Kral Artur əfsanəsinin 13-cü əsrə aid nadir əlyazması aşkar edilib.
Kulis.az xəbər verir ki, sözügedən əlyazma "Kral Artur"un qədim fransız dilində yazılmış hekayələrinin "Suite Vulgate du Merlin" kimi tanınan versiyasına aiddir.
Sənədlər Kembricdəki kitabxanada ciddi zədələnmiş formada təsadüfən tapılıb.
Bununla belə, müasir texnologiyalar sayəsində alimlər onun məzmununu rəqəmsal şəkildə parçaya zərər vermədən redaktə etməyi bacarıblar.
Mətnlər kompüter tomoqrafiyası və 3D modelləşdirmə üsullarından istifadə etməklə skan edilib və rəqəmsal “puzzle” kimi yığılıb.
Tədqiqata rəhbərlik edən mütəxəssislər sənədin 1275-1315-ci illər arasında yazıldığını və dövrün zadəgan təbəqəsini cəlb edən Artur əfsanələrinin bir hissəsi olduğunu bildiriblər.
Qeyd edək ki, hazırda Kembric Universitetinin kitabxanasında saxlanılan sənəd rəqəmsallaşdırıldıqdan sonra tədqiqatçıların istifadəsinə veriləcək.