Konsertini təxirə salan Sertap Erenerdən açıqlama

Konsertini təxirə salan Sertap Erenerdən açıqlama
18 sentyabr 2024
# 09:55

Sertap Erener bu axşam İzmirdə baş tutmalı olan konsertini ləğv edib.

Kulis.az xəbər verir ki, ifaçı təşkilatçıları günahlandırıb.

"Belə bir açıqlama vermək məcburiyyətində qaldığım üçün kədərliyəm. Biletləri hələ də satışda olan, sentyabrın 18-i İzmirdə baş tutmalı konsertimi təşkilatçı şirkətin lazımi şərtləri yerinə yetirmədiyi üçün ləğv etmək məcburiyyətində qaldım. Buna görə bütün dinləyicilərimdən üzr istəyirəm. Tezliklə sizinlə başqa bir konsertdə görüşmək ümidi ilə. Sizi çox sevirəm, anlayışınız üçün təşəkkür edirəm!".

Qeyd edək ki, konsertin təşkilatçıları sözügedən məsələ ilə bağlı açıqlama verməyib.

# 471 dəfə oxunub

Müəllifin son yazıları

# # #