"Konsertinə getmədim, çağırmamışdı" - Elməddin Cəfərov

"Konsertinə getmədim, çağırmamışdı" - Elməddin Cəfərov
7 aprel 2025
# 17:29

Aktyor Elməddin Cəfərov "Tarixin bir günü" verilişində həmkarı Fərda Xudaverdiyevlə aralarında keçən söz-söhbətdən danışıb.

Kulis.az xəbər verir ki, Elməddin vurğulayıb ki, o, Fərdadan layihələrini yarımçıq qoyaraq getdiyinə görə inciyib:

"Fərdanın bizim layihəni yarımçıq qoyub getməsi mənə pis təsir etdi. "Küsdüm" demədim. Söylədim ki, məni incidən Fərdanın gedəndən sonra "Elməddin məni yola saldı" sözü olub. Fərdanın "Elməddin məni işsiz qoydu" sözü mənə pis təsir etdi, ömrümdə belə hərəkət etməmişəm. Həmişə Fərda yanımda olub, onları layihələrimə çağıran adam olmuşam. Auraya düşüb, ya necəsə olub deyib. Onunla küsülü deyilik. Konsertinə getmədim, çağırmamışdı. Dəvət etsə də o gün işim var idi"

Qeyd edək ki, onlar arasındakı incikliyə səbəb "Qara-qura" layihəsi olub.

# 140 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #