“Komutan” filmi Bakıda təqdim ediləcək

“Komutan” filmi Bakıda təqdim ediləcək
10 oktyabr 2022
# 12:00

Oktyabrın 13-də rejissorları Selahettin Sancaklı və Mert Kılıç olan, ssenarisini Mert Kılıçın yazdığı və baş rollarda Mert Kılıç və Aslıhan Güner Kılıçın oynadığı dram, hərbi, müharibə və döyüş janrında çəkilmiş “Komandir” türk filmi Bakıda nümayiş ediləcək.

Kulis.az xəbər verir ki, əvvəlcə Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə oktyabrın 12-də “Gənclik Mall Cinema Plus”da filmin qala-gecəsi təşkil olunacaq. Mert Kılıç və Aslıhan Günərin qatılacağı qala-gecəsində mətbuat konfransı keçiriləcək, daha sonra film nümayiş olunacaq.

Film Toros dağlarının enişli-yoxuşlu, dik və dağlıq – meşəlik sahələrində və Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkir 7-ci Korpusunun kazarmasının Jandarma Baş Komandanlığına bağlı ərazilərində çəkilib.

Mert Kılıç, həyat yoldaşı Aslıhan Günər, Can Kızıltuğ və Emre Bulutun rol aldığı filmin rejissorluğu Selahattin Sancaklı və Mert Kılıça məxsusdur.

# 2202 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #