Kolumbiyada yeni insan növü aşkarlandı

Kolumbiyada yeni insan növü aşkarlandı
26 avqust 2025
# 17:00

Kolumbiyada alimlər Boqota yaxınlığında tapılan 6000 il əvvəlki qalıqların DNT-sini tədqiq edərək onun yeni bir insan növünə aid olduğunu aşkar ediblər.

Kulis.az xəbər verir ki, bu qalıqlar "Checua" adlandırılıb və əvvəllər araşdırılmayıb.

Alimlər bu növün təcrid olunmuş köçəri ovçu-toplayıcı icma olduğunu ehtimal edirlər.

Həmçinin, qrupun iqlim, xəstəlik və ya qida çatışmazlığı səbəbindən məhv olduğu güman edilir.

Qeyd edək ki, qrupun genetik xüsusiyyətlərinin fərqli olduğu - erkən dövr vulkan püskürmələrinin qidalanma vərdişlərini dəyişdirdiyi və yeraltı bitkilərin istehlakını artırdığı üzə çıxıb.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər