Kokand Dövlət Universitetində Azərbaycan dili tədris olunacaq

Kokand Dövlət Universitetində Azərbaycan dili tədris olunacaq
22 may 2025
# 13:05

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə növbəti tədris ilindən Kokand Dövlət Universitetində Azərbaycan dili tədris olunacaq.

Kulis.az xəbər verir ki, bununla bağlı razılıq AMM-nin direktoru Akif Marifli ilə Kokand Dövlət Universitetinin rektoru Dilnoza Xocayeva arasında keçirilən görüşdə əldə edilib.

Görüşdə Özbəkistanda Azərbaycan mədəniyyətinin təbliği sahəsində bu universitetlə əməkdaşlıq məsələləri müzakirə edilib. Müzakirələr zamanı Kokand Dövlət Universitetində Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin tədrisi təklifi irəli sürülüb və müsbət qarşılanıb. Azərbaycan mövzusu ilə bağlı mühazirələr universitetdə yeni yaradılan Seyid Əzim Şirvani adına Azərbaycanşünaslıq mərkəzində aparılacaq.

Qeyd edək ki, Kokand Dövlət Universiteti 1930-ci ildə yaradılıb və Fərqanə vilayətinin aparıcı universitetlərindən biridir. Universitetdə iyirmi bir mindən çox tələbə təhsil alır.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #