Kobeynin gitarası, Preslinin zinət əşyaları, Monronun geyimləri eyni hərracda

Kobeynin gitarası, Preslinin zinət əşyaları, Monronun geyimləri eyni hərracda
4 avqust 2023
# 10:56

Nirvana qrupunun solisti Kurt Kobeynin elektrogitarası Kruse GWS "Artifacts of Hollywood and Music" hərracında böyük məbləğə satışa çıxarılacaq.

Kulis.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Auksionerlər gitaranı təxminən 200.000 dollara satmağı planlaşdırırlar. Bundan əlavə, musiqiçinin rəsmləri, fotoşəkilləri və üzgüçülük eynəkləri də hərracda nümayiş olunacaq.

Hərrac avqustun 26-da onlayn keçiriləcək və 350-dən çox lot satışa çıxarılacaq.

Onların arasında müğənni Elvis Presli üçün xüsusi hazırlanmış zinət əşyaları və aktrisa Merilin Monronun özündən başqa heç kimin geyinmədiyi paltarları da nümayiş olunacaq.

# 709 dəfə oxunub

Müəllifin son yazıları

# # #