"Kızılcık şerbeti" serialının ssenaristi həbs olundu

"Kızılcık şerbeti" serialının ssenaristi həbs olundu
16 sentyabr 2025
# 11:10

RTÜK “Kızılcık şerbeti” serialı barədə cəmiyyət dəyərlərinin aşağılanması iddiası ilə araşdırma başladıb.

Kulis.az xəbər verir ki, serialın ssenaristi Merve Göntem İstanbulda evində saxlanılıb. Onun saxlanılmasına səbəb dörd il əvvəl verdiyi "YouTube" müsahibəsinin olduğu bildirilir.

Vəkili Giray Kemer açıqlamaların kontekstdən çıxarıldığını və linç kampaniyasına çevrildiyini deyib.

RTÜK rəhbəri Ebubekir Şahin isə ailə dəyərlərinə zərər verən yayımlara qarşı tədbirlərin görüləcəyini açıqlayıb.

Qeyd edək ki, serialın prodüseri "Gold Film" cəmiyyətin dəyərlərinə həssas yanaşdıqlarını vurğulayıb.

# 129 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər