“Kitabxanaşünas-alim Elçin Əhmədov” adlı sərgi açılıb

“Kitabxanaşünas-alim Elçin Əhmədov”  adlı sərgi açılıb
15 aprel 2026
# 12:35

Milli Kitabxanada görkəmli kitabxanaşünas alim, pedaqoq, pedaqogika üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədovun anadan olmasının 65 illiyi münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgilərdə alimin elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiyinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiyinə görə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi haqqında rəsmi sənəd yer alıb.

Həmçinin müəllifi olduğu kitabxanaşünaslıq və informasiya elmlərinin nəzəri və təcrübi problemlərinin tədqiqinə dair monoqrafiyaları, dərslik və dərs vəsaitləri, dövri mətbuat səhifələrində çıxan məqalələri, çoxsaylı fundamental elmi tədqiqatları, konfrans materialları, rəyçi və redaktoru olduğu kitablar, elmi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunub.

Virtual sərgi ilə http://anl.az/el/vsb/Elcin_Ehmedov/index.htm linki vasitəsilə tanış olmaq mümkündür.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər