Kitab sərgisi

Kitablarına ən çox qadağa qoyulan yazarlar

Kitablarına ən çox qadağa qoyulan yazarlar
3 oktyabr 2025
# 15:50

ABŞ məktəblərində ən çox qadağan olunan müəlliflərin adı açıqlanıb.

Kulis.az xəbər verir ki, qorxu janrında yazdığı romanlarla məşhurlaşan amerikalı yazıçı Stiven Kinq həmin siyahıya başcılıq edir.

Bu barədə qeyri-kommersiya təşkilatı olan “PEN America” hesabatında məlumat verilib.

Hesabatda qeyd olunur ki, Entoni Börcessin "Mexaniki portağal" kitabı da ABŞ məktəblərində ən çox qadağan olunan kitabdır. Qadağaya səbəb kimi zorakılıq səhnələri və irqi ayrıseçkilik göstərilir.

Qeyd edək ki, ciddi məhdudiyyətlərlə üzləşən müəlliflərin siyahısında Patrisiya Makkormikin “Satıldı”, Cudi Blumun “Əbədi” və Cennifer Nivenin “Nəfəssiz” əsərləri də var.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər