Kitabının imza günündə Nikola Sarkoziyə etiraz

Kitabının imza günündə Nikola Sarkoziyə  etiraz
9 yanvar 2026
# 10:50

Fransanın sabiq prezidenti Nikola Sarkozinin Lion şəhərində "Fnac" mağazasında keçirilən imza gününə görə həmkarlar ittifaqı nümayəndələri etiraz aksiyası keçirib.

Kulis.az xəbər verir ki, aksiyada təxminən 100 nəfər iştirak edib və ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Həmkarlar təşkilatı Sarkozinin ciddi cinayət ittihamları ilə üzləşməsinə baxmayaraq ictimai məkanda qəbul edilməsini tənqid edib.

Etirazçılar həmçinin "Fnac" rəhbərliyini siyasi mövqe tutmaqda və əməkhaqları ilə bağlı tələbləri görməməzlikdən gəlməkdə günahlandırıblar.

Qeyd edək ki, buna baxmayaraq, Sarkozinin "Bir məhkumun gündəliyi" kitabı qısa müddətdə yüksək satış göstəricisi əldə edib.

# 165 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər