Kitab sərgisi

“Kiss of the Spider Woman” filmi Oskara namizəddir

“Kiss of the Spider Woman” filmi Oskara namizəddir
25 sentyabr 2025
# 12:10

Hollivudun yeni diqqət mərkəzinə çevrilən “Kiss of the Spider Woman” ("Hörümçək qadının öpüşü") filmi üçün bu ilin ən iddialı layihələrindən biri kimi Oskar kampaniyasına start verilib.

Kulis.az xəbər verir ki, prodüserlər ekran əsərinin baş rollarında çıxış edən Tonatiuh, Dieqo Luna və Cennifer Lopezin müxtəlif kateqoriyalarda Akademiya Mükafatı namizədliklərinə təqdim ediləcəyini açıqlayıblar.

Tonatiuh ən yaxşı aktyor, Dieqo Luna ən yaxşı ikinci planda kişi aktyor, Cennifer Lopez isə ən yaxşı ikinci planda qadın aktyor kateqoriyasında mübarizə aparacaqlar.

Qeyd edək ki, mütəxəssislər ulduz aktyor heyəti və güclü rejissor işi “Kiss of the Spider Woman”ın gələn ilin Oskar yarışında ciddi favoritlərdən birinə çevrilə biləcəyini ehtimal edir.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər