Kirkorov Xalq artisti adından məhrum ediləcək? - Açıqlama

Kirkorov Xalq artisti adından məhrum ediləcək? - Açıqlama
30 dekabr 2023
# 12:50

Rusiyalı müğənni Filipp Kirkorov Rusiyanın Xalq artisti adından məhrum edilməyəcək.

Kulis.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mədəniyyət Nazirliyi açıqlama verib.

Mədəniyyət Nazirliyi ifaçının aktrisa və bloqer Anastasiya İvleyevanın “çılpaq gecə”sində iştirak etdiyinə görə Xalq artisti adından məhrum etmək üçün heç bir əsas tapmayıb.

Qeyd edək ki, dekabrın 21-də Moskvada yerləşən “Mutabor” klubunda baş tutan tədbirə qonaqların çılpaq gəlmələri istənilmişdi.

# 580 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #