Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək

Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək
14 yanvar 2026
# 18:25

Azərbaycanda kino sənayesində dövlət sifarişi sistemi, dəyər zənciri, o cümlədən kütləvi nümayiş və yayım sistemi təkmilləşdiriləcək.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.

Sənədə əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2026-2030-cu illərdə mövcud vəziyyətin təhlili əsasında tədbirlərin, tərəfdaşların, icraçıların və əməkdaşlıq modellərinin müəyyən edilməsini təmin etməlidir.

Bu məqsədlə kino sənayesində keyfiyyətə və milli-mənəvi dəyərlərə üstünlük verilməsinə əsaslanan yeni dövlət sifarişi sisteminin yaradılması təmin edilməli, maliyyələşdirmə mənbələrinin diversifikasiyası, rəqabətədavamlı dəyər zəncirlərinin formalaşdırılması həyata keçirilməlidir.

# 70 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər