Kino Agentliyinin Nizamnaməsi təsdiq edildi

Kino Agentliyinin Nizamnaməsi təsdiq edildi
16 noyabr 2022
# 17:20

Prezident İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Fərmana əsasən “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Müəyyən ediib ki, Azərbaycan Respublikası Kino Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 100000 (bir yüz min) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mədəniyyət Nazirliyi:

4.1. Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

# 1136 dəfə oxunub

Müəllifin son yazıları

# # #