Kimsəsiz uşaqların həyat hekayəsi film oldu

Kimsəsiz uşaqların həyat hekayəsi film oldu
1 iyun 2022
# 15:40

“Azərbaycantelefilm” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sənədli televiziya filmi hazırlayıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Bir də mən...” adlı sənədli filmin qəhrəmanları hazırda 3 ayrı uşaq evində yaşayan 4 uşaqdır.

Onların hər birinin öz ağır həyat hekayəsi var. Mikayıl doğulduğu gündən uşaq evinə gələnə kimi sərsərilik edən bir şəxsin yanında sanki qutuda yaşayıb. Angelina ata-anasının vəfatından sonra xalasının zorakılığına məruz qalıb. Məhəmmədin doğulduğu tarix və məkan belə bəlli deyil. Kamilla isə valideynlərinin boşanması nəticəsində kimsəsiz uşağa çevrilib.

Bu kimsəsiz uşaqların həyat hekayəsi bu gün saat 18:25-də AzTV-nin “Bir də mən...” filmində göstəriləcək.

# 1365 dəfə oxunub

Müəllifin son yazıları

# # #