"Kəramət mücahidi" kitabının təqdimat mərasimi baş tutacaq.
Kulis.az xəbər verir ki, "Sirius Yayın Evi"nin təşkilatçılığı ilə işıq üzü görən və Məmməd Muradın müəllifi olduğu "Sirus Təbrizli - Kəramət mücahidi" (Xalqdan biri, xalq ilə bir olan) kitabının geniş ictimaiyyətə təqdimatı planlaşdırılır.
Ədəbiyyat və ictimaiyyət nümayəndələrinin, tanınmış simaların bir araya gələcəyi bu təqdimat mərasimi 7 may tarixində, saat 19:00-da "Badamdar Estates"in "Qəbələ" zalında (ünvan: Mikayıl Müşfiq küçəsi 1C) keçiriləcək. Təşkilatçılar tədbirdə iştirak etmək istəyən qonaqlardan iştiraklarını əvvəlcədən təsdiq etmələrini xahiş edirlər.