Kəramət Böyükçöl Baş Prokurorluğun İstintaq idarəsinə çağırılıb.
Kulis.az xəbər verir ki, bu barədə yazıçı sosial media hesabından paylaşım edərək, aşağıdakıları yazıb:
"Məni Baş Prokurorluğun İstintaq idarəsinə çağırdılar. Bu ölkədə artıq heç nə adamı təəccübləndirmir. Məni həbs eləsələr, dostlarımdan xahiş edirəm, oğlumdan və qızımdan muğayat olsunlar, bir də Elmlər Akademiyasının qabağındakı parkda heç kimi kitab satmağa qoymasınlar".