Kazanda XX “Altın minbər” Beynəlxalq Film Festivalı keçiriləcək

Kazanda XX “Altın minbər”  Beynəlxalq Film Festivalı keçiriləcək
13 avqust 2024
# 11:38

Sentyabrın 6-dan 11-dək Tatarıstanın paytaxtı Kazan şəhərində XX “Altın minbər” Beynəlxalq Film Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, bu il festivalın müsabiqə proqramına 27 ölkədən 51 film salınıb.

“Tammetrajlı bədii film”, “Qısametrajlı bədii film”, “Sənədli filmlər” və “Animasiya filmləri” proqramlarının hər birində 10 film, Tatarıstan istehsalı olan və Tatarıstan haqqında filmlərin salındığı “Milli müsabiqə”də isə 11 film iştirak edəcək.

Festival üçün seçilmiş bütün filmlər sülhpərvərlik, dini inanclara hörmət və humanizm ideyaları daşıyan mənəvi-əxlaqi dəyərləri və mədəni ənənələri əks etdirir. “Altın minbər”in açılışında İran rejissoru Babək Hacıpaşanın “Ağacın ağuşunda” filmi nümayiş olunacaq.

Xatırladaq ki, festival 2005-ci ildən keçirilir.

# 290 dəfə oxunub

Müəllifin son yazıları

# # #