Zoljarqal Purevdaşın debüt filmi "Kaş ki qış yuxusuna gedə bilsəydim" Kann Film Festivalında yarışacaq ilk monqol filmi olub.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın "Urban Sales" kinoteatrı sözügedən "Kaş ki qış yuxusuna gedə bilsəydim" debüt filminin ilk treylerini yayımlayıb.
Qeyd edək ki, "Urban Factory Production" və Purevdaşın "Amigdala Films" şirkəti tərəfindən istehsal olunan film Monqolustanın paytaxtı Ulan-Batorun çox çirklənmiş rayonunda yeniyetmə oğlanın təqaüd qazanmaq üçün elm yarışmasında qalib gələrək öz kasıb ailəsindən qaçmaq üçün mübarizə aparmasından bəhs edir. Savadsız anası kənddə iş tapanda onu və kiçik bacılarını təkbaşına qoyub gedir.
Rejissor filmi Monqolustan gənclərinə ümid və ilham vermək üçün çəkdiyini deyib.