Kann Film Festivalının münsiflər heyətinin rəhbəri bəlli oldu

Ruben Östlund

Ruben Östlund

1 mart 2023
# 11:30

İddialı filmlərin "Qızıl Palma budağı" uğrunda mübarizə aparacağı Kann Film Festivalının münsiflər heyətinin rəhbəri bəlli olub.

Kulis.az xəbər verir ki, iki “Qızıl Palma budağı” qazanan isveçli rejissor Ruben Östlund 2023-cü il Kann Film Festivalının münsiflər heyətinin rəhbəri olub.

Vudi Harrelson, Harris Dikinson, Dolli De Leon və Çarlbi Dinin rol aldığı “Kədər üçbucağı” filminə görə keçən il Kannda ən yaxşı film mükafatını qazanan rejissor münsiflər heyətinin rəhbəri olmaqdan şərəf duyduğunu bildirib.

Rejissor 1973-cü ildə münsiflər heyətinə rəhbərlik etmiş əfsanəvi aktrisa İnqrid Berqmandan sonra sədrlik edən ilk isveçli olacaq.

Qeyd edək ki, Kann Film Festivalı bu il mayın 16-27-də keçiriləcək.

2023 Cannes Film Festivali'nin jüri başkanı Ruben Östlund oldu - 1

# 658 dəfə oxunub

Müəllifin son yazıları

# # #