Kann festivalına bombalı hücum

Kann festivalına bombalı hücum
23 may 2022
# 13:18

Kann Film Festivalında bir qrup feminist “qırmızı xalı”da aksiya təşkil edib.

Kulis.az “Sözcü”yə istinadla xəbər verir ki, İran istehsalı olan və İranda öldürülən qadınlardan bəhs edən “Müqəddəs hörümçək” filminin qala gecəsində sonuncu Kann festivalından bu yana Fransada öldürülən 129 qadının adları yazılmış pankart açılıb.

“Qırmızı xalı” üzərinə çıxmış on iki qadın tüstü bombası ataraq festivalda aksiya törədib.

Qeyd edək ki, feministlərin “Les Colleuses” qrupunun üzvləri olduğu bildirilir.

# 1289 dəfə oxunub

Müəllifin son yazıları

# # #