"Kanadada Nizami İran şairi kimi təbliğ edilir" - Açıqlama

"Kanadada Nizami İran şairi kimi təbliğ edilir" - Açıqlama
24 oktyabr 2024
# 15:07

"Kanadanın Toronto şəhərində Pakistan əsilli Böyük Britaniya vətəndaşı şahzadə IV Kərim Ağa Xanın və həmfikirlərinin vəsaiti hesabına- 330 milyon ABŞ dollarına, İslam İncəsənəti Muzeyi tikdiriblər. Bu muzeydə müsəlman şərqinin nadir incilərindən ibarət olan əlyazmaları, müxtəlif maddi mədəniyyət abidələri saxlanır. Ancaq dahi şairimiz Nizami Gəncəvinin məşhur 5 poeması daxil edilmiş XVl əsrə aid qızıl boyalı "Xəmsə”si İrana məxsus eksponat və əlyazmalar guşəsində nümayiş etdirilir. ​​​​​"

Kulis.az xəbər verir ki, bu sözləri Kanadada bir aylıq səfərdə olmuş tanınmış alim, AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, həmin muzeydə Azərbaycana aid tarixi eksponat və əlyazmalar guşəsi yoxdur:

“Muzeyə bir müsəlman ölkəsinin vətəndaşı olaraq bir xüsusi sevinc, qürur hissi ilə daxil oldum. Eksponatları, əlyazmaları maraqla seyr etməyə başladım. Muzeyin divarlarında Osmanlı və Səfəvilər dövlətlərinin dünya xəritəsinə daxil edilmiş böyük xəritələri də əks olunub. Amma iki faktı görəndə çox mütəəssir oldum. Təəssüf ki, ümumiyyətlə, həmin muzeydə Azərbaycana aid tarixi eksponat və əlyazmalar guşəsi yoxdur. İkincisi də, dahi şairimiz Nizami Gəncəvinin məşhur 5 poeması daxil edilmiş XVl əsrə aid qızıl boyalı "Xəmsə”si İrana məxsus eksponat və əlyazmalar guşəsində nümayiş etdirilir. Və belə çıxır ki, Nizami İran şairidir. “İsgəndərnamə” poemasının daxil edildiyi, o dövrə aid təsvir də yerləşdirilmiş səhifələrindən birinin açıq halda qoyulduğu kitabın altında ingilis dilində belə yazılıb:

“İsgəndər, Xızır və İlyas Həyat Çeşməsində
Nizaminin "Xəmsə" (Beşlik) əlyazmasından
Müəllif: Qiyas Mucahhib
İran, 16-cı əsrin sonu. Kağız üzərində şəffaf akvarel, mürəkkəb və qızıl boyalar”.

Ümid edirik ki, dövlətimizin əlaqədar qurumları bu məsələ ilə ciddi şəkildə maraqlanacaq və bəhs edilən muzeydə Azərbaycana aid guşə də yaradılacaq və dünya şöhrətli şairimizin məşhur əsərinin əlyazmasının da həmin guşədə yerləşdirilməsinə nail olacaq.

Ənvər Əliyev

# 397 dəfə oxunub

Müəllifin son yazıları

# # #