Kameron Diaz yenidən ekranlara qayıdır

Kameron Diaz, aktrisa

Kameron Diaz, aktrisa

30 iyun 2022
# 13:20

Səkkiz illik fasilədən sonra Kameron Diaz yenidən filmlərdə çəkilməyə hazırdır.

Kulis.az xəbər verir ki, bu barədə CNN yazır.

2018-ci ildə Hollivuddan ayrıldığını rəsmən təsdiqləyən Diaz, Ceymi Foksla birlikdə Netflix -in yeni “Back in Action” filmində baş rola çəkilməyə hazırlaşır. Onlar daha əvvəl, 2014-cü ildə Diazın son bədii filmi olan “Annie” filmində birlikdə rol almışdılar.

"Bu bir partlayış olacaq!" – aktrisa paylaşdı.

Netflix hələ filmin buraxılış tarixini təyin etməyib.

# 1680 dəfə oxunub

Müəllifin son yazıları

# # #