Kamal Abdullanın kitabının təqdimatı olacaq

Kamal Abdullanın kitabının təqdimatı olacaq
23 sentyabr 2024
# 14:55

Sentyabrın 25-də saat 19:00-da “Libraff”ın Park akademiya filialında xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçmələrin seçməsi – Qranulalar” kitabının təqdimat mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, müəllifin 7 cildlik “Seçilmiş əsərləri”ndən seçilmiş bir sıra qranula-cövhər sayıla biləcək məqamlar ayrı-ayrı şəkildə ilk dəfə bu kitabda toplanıb.

Kitabın redaktorları akademik Muxtar Kazımoğlu və tənqidçi Maral Yaqubovadır. Rəyçilər Qismət Rüstəmov, Cavid Zeynallı və Toğrul Mehdidir.

Müəllifi kitabı yazmağa ruhlandıran imzalar isə Xalq şairi Ramiz Rövşən, akademik Rafiq Əliyev, Nazim Müzəffərli və Fərhad Təhməzlidir.

“Everest” nəşriyyat evindən çap olunan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Giriş sərbəstdir.

Ünvan: Bakı şəh.Yasamal rayonu, Hüseyn Cavid prospekti,1

# 126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #