Kamal Abdulla və Rafiq Əliyevin kitablarının təqdimat mərasimi keçiriləcək

Kamal Abdulla və Rafiq Əliyevin kitablarının təqdimat mərasimi keçiriləcək
22 aprel 2025
# 09:20

Kamal Abdulla və Rafiq Əliyevin həmmüəllifi olduqları "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" və "Qeyri-səlis məntiq və dil-nitq" kitablarının təqdimat mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir 24 aprel saat 11.30-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda baş tutacaq.

"Sim-Sim" nəşriyyatında işıq üzü görən yeni kitabda qeyri-səlis məntiq nəzəriyyəsi ilk dəfə olaraq, dilçilik obyekti olan dilə-nitqə tətbiq edilir.

Qeyd edək ki, kitabın "Ön söz"ünün müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir.

ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - “Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq”

# 379 dəfə oxunub

Müəllifin son yazıları

# # #