Kağıza çəkilmiş kvadrat 201 min dollara satıldı

Kağıza çəkilmiş kvadrat  201 min dollara satıldı
19 aprel 2024
# 12:30

İntibah dövrünün rəssamı Mikelancelonun kiçik kağız üzərində çəkdiyi rəsm Nyu-Yorkda keçirilən hərracda 201 min dollara satılıb.

Kulis.az xəbər verir ki, "Christie's Hərrac Evi" çərşənbə günü kvadrat rəsminə təxmini dəyərindən 33 dəfə yüksək qiymətə alıcı tapdığını açıqlayıb.

Başqa bir əsərin arxasına yapışdırılmış və Mikelancelonun nəslinin sonuncu nümayəndəsinin məktubu ilə müşayiət olunan bu kiçik rəsmin əvvəlcə 6-8 min dollara satılacağı gözlənilirdi.

"Christie's" bu parçanı 201 min dollara alan şəxs haqqında məlumat verməyib.

Üzərində “bənzətmə” sözü yazılmış rəsmdə mərmər blokun təsvir olunduğu düşünülür. Hərrac evinin ekspertinin fikrincə, Mikelancelo onu Vatikandakı Sikstin kapellasının tavanı üzərində işləyərkən çəkmiş ola bilər.

Ülvi Bahadır

# 415 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #