Türkiyənin məşkur kino aktyoru Kadir İnanır Dənizlidəki Pamukkale Universitetinin Xəstəxanasına yerləşdirilib.
Kulis.az türk mediasına istinadən xəbər verir ki, Muğlada qəfildən halı pisləşən aktyor xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Onun halının pisləşməsinə səbəb beyin damarında yaranan laxtalanma olub.
Xəstəxanadan bildirilən açıqlamaya görə müayinələri davam edən aktyorun vəziyyəti yaxşıdlr, həkim nəzarətində müalicəsi davam edir.
Qeyd edək Kadir İnanır bir neçə il əvvəl də eyni narahatlıqla həkimə müraciət edib