Jeton Kelmendinin şeirlər kitabı işıq üzü görüb

Jeton Kelmendinin şeirlər kitabı işıq üzü görüb
12 may 2025
# 15:05

Dünya şöhrətli Alban şairi Jeton Kelmendinin “Üzümü axtarıram” adlı şeirlər kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, müasir dünya poeziyasının tanınmış simalarından olan Kelmendinin əsərlərini azərbaycan dilinə şair-tərcüməçi Ümid Nəccari və Fəxriyyə Həsənoğlu çevirib.

Kitabın “Ön söz”ü filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas Rüstəm Kamala aiddir. Nəşrin redaktoru Kənan Hacı, korrektoru İlahə Ümidli, qrafik tərtibatçısı isə Zülfiyyə Abbasovadır.

Qeyd edək ki, sözügedən şeirlər toplusunda şairin son illərdə qələmə aldığı seçilmiş əsərləri yer alır.

# 119 dəfə oxunub

Müəllifin son yazıları

# # #