İzmirdə güneyli şair Səhəndin anım gecəsi keçirildi

İzmirdə güneyli şair Səhəndin  anım gecəsi keçirildi
30 sentyabr 2023
# 11:14

Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı və İzmirin Konak bələdiyyəsininin dəstəyi ilə Türkiyənin İzmir şəhərində Güney Azerbaycanın tanınmış şairi Bulud Qaraçorlu Səhəndin anım gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri Güney Azərbaycan Kültür Mərkəzinin idarə heyətinin üzvləri Azəryar Danişvər və Pınar Şakir açıq elan edib.

Tədbirdə şair Ümid Nəccari Səhəndin Güney Azərbaycan ədəbiyyatında və milli məfkurədə tutduğu yeri diqqətə çatdırıb. Həmçinin şəhidlərimizi və Milli Məclisin Mədəniyyət Komitəsinin Sədri Qənirə xanım Paşayevanın ruhunu bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Tədbirin davamında şair Səhəndin araşdırmaçısı İsmail Ülkər, Kavə Həsənli çıxış edib.

# 1062 dəfə oxunub

Müəllifin son yazıları

# # #