İzmir Arxeologiya Muzeyinin eksponatları sərgilənir - 45 ildən sonra

İzmir Arxeologiya Muzeyinin eksponatları  sərgilənir - 45 ildən sonra
23 avqust 2025
# 15:12

Türkiyənin İzmir şəhərindəki Arxeologiya Muzeyində 45 il sonra anbarlardan çıxarılan 1300 eksponat yenilənmiş vitrində ilk dəfə ziyarətçilərə təqdim olundu.

Kulis.az xəbər verir ki, İzmir Arxeologiya Muzeyi son iki ay ərzində aparılan genişmiqyaslı yeniləmə işləri ilə tarix həvəskarlarını yenidən qəbul etməyə hazırlaşır.

Layihə çərçivəsində 1790 kvadratmetr sahədə yerləşən 4 ayrı zal və 12 vitrin müasir sərgi standartlarına uyğun şəkildə yenilənib.

Qeyd edək ki, ziyarətçilərin diqqətini çəkən eksponatlardan biri də barmağında üzük olan Roma dövrünə aid mis qol olub.

# 178 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər