IX Beynəlxalq Müasir İncəsənət Sərgisi keçirildi

IX Beynəlxalq Müasir İncəsənət Sərgisi

IX Beynəlxalq Müasir İncəsənət Sərgisi

9 mart 2023
# 11:40

IX Beynəlxalq Müasir İncəsənət Sərgisində yüzlərlə rəssamın əsəri sənətsevərlərlə görüşüb.

Kulis.az xəbər verir ki, ArtAnkara 9-cu Beynəlxalq Müasir İncəsənət Sərgisi yerli və xarici sənət qalereyalarının dəstəyi ilə açılıb.

Yarmarkada 42 ölkədən 1500-dən çox rəssama məxsus rəsm, heykəltəraşlıq, keramika, çap sənəti, fotoqrafiya, rəqəmsal sənət və instalyasiya daxil olmaqla təxminən 8000 sənət əsəri nümayiş etdirilib.

ArtAnkara İdarə Heyətinin sədri Bilgin Aygül yarmarkanın açılışındakı nitqində 6 Fevralda baş verən zəlzələlər səbəbilə yarmarkanı təşkil etməkdə tərəddüd etdiklərini söyləyib.

“Biz bu yarmarkanı “elmlə sağalacağıq” şüarı ilə təşkil etməyə qərar verdik. Ruhumuza təravət gətirmək, sağaltmaq və gücləndirmək üçün bizə sənət lazımdır"- deyə bildirib.

# 1179 dəfə oxunub

Müəllifin son yazıları

# # #